“Təbii qaz qıtlığına görə qarşıdan gələn qış Avropa üçün son 60 ilin ən çətini olacaq”.
Azpost.info xəbər verir ki, bunu Rumıniya Baş nazirinin müavini Hunor Kelemen deyir.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq etmək məcburiyyətində idi. Lakin Avropa ölkələri bu qərarın əvəzini bu qış ödəməli olacaqlar:
“Qış çox sərt olacaq. Lakin bu sanksiyalar olmalı idi, onlarsız mümkün deyildi. Çünki Avropa İttifaqının başqa rıçaqları yox idi”, – Kelemen bildirib.
Azpost.info
