“Bu gün Odessa limanına raket hücumları dünən bağlanmış taxıl sazişinin şərtlərinin yerinə yetirilməsini təhlükə altına qoyur”.
Azpost.info xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
Quterreş zərbələri pisləyib və Rusiya, Türkiyə və Ukraynanı öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
“Bu gün Ukraynanın Odessa limanına endirilən zərbələrlə bağlı xəbərləri birmənalı şəkildə pisləyirik. Dünən bütün tərəflər Ukrayna taxılının və əlaqədar məhsulların dünya bazarlarına təhlükəsiz daşınmasını təmin etmək üçün dünya miqyasında aydın öhdəliklər götürüblər”, – BMT baş katibi bildirib.
Azpost.info
