Rusiyanın xarici işlər naziri Sergey Lavrov və çinli həmkarı Van İ Daşkənddəki görüşdə Moskva və Pekin arasında münasibətləri müzakirə ediblər.
Azpost.info xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
“Nazirlər çətin geosiyasi vəziyyət şəraitində dinamik inkişaf etməkdə davam edən Rusiya-Çin münasibətlərinin hazırkı vəziyyətini müsbət qiymətləndiriblər”, – Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
XİN rəhbərləri həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas istiqamətləri, onun inkişaf perspektivləri və beynəlxalq aləmdə nüfuzunun artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
“Nazirlər regional təhlükəsizlik arxitekturasının qurulmasında Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı rolunu vurğulayıblar. Təşkilatın Avrasiyada sülhün və sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi prosesinə əhəmiyyətli konstruktiv töhfəsini qeyd ediblər”, – məlumatda qeyd olunur.
Azpost.info
