Kreml ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Moskvanın Ukrayna ilə danışıqlarda maraqlı olmadığı fikri ilə qəti şəkildə razılaşmır.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, razı deyiləm. Bu fikir kökündən yanlışdır”, – Peskov bildirib.
Ceyk Sallivan bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin istənilən vaxt Ukraynada hərbi əməliyyatları dayandıra bilər, sadəcə olaraq sülh danışıqlarında maraqlı deyil. Sallivanın sözlərinə görə, Putin diplomatiya ilə maraqlanmır. Onu yalnız bir şey maraqlıdır – Ukraynanı yer üzündən silmək.
Azpost.info
