ABŞ-da meymunçiçəyinə hər dörd yoluxmadan biri Nyu-Yorkda baş verir.
Azpost.info xəbər verir ki, Nyu-York qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.
“Ştatda meymunçiçəyi xəstəliyi ilə bağlı son məlumatları nəzərdən keçirdikdən sonra bu epidemiyaya qarşı səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan etməyə qərar verdik”, – qubernator deyib.
Son məlumatlara görə, Nyu-Yorkda 1345 meymuna yoluxma faktı müəyyən edilib. Kaliforniya 799 yoluxma faktı ilə ən çox təsirlənən ikinci ştatdır.
Azpost.info
