Roma Papası Fransisk iyulun 24-dən 29-dək davam edən Kanada səfərinin səhhətindəki problemlərə görə onun üçün kiçik sınaq olduğunu deyib.
Azpost.info xəbər verir ki, Papa xidmətdən mümkün imtina barədə düşünməyə məcbur olduğunu vurğulayıb.
“Qəribə deyil, fəlakət deyil, siz Papanı dəyişə bilərsiniz… Düşünürəm ki, mənim yaşımda kilsəyə xidmət edə bilmək üçün enerjimə qənaət etməliyəm və ya əksinə, işdən uzaqlaşmaq haqqında düşünməliyəm”, – din xadimi bugünkü mətbuat konfransı zamanı deyib.
85 yaşlı Papa artrozdan əziyyət çəkir. Bu da onun kilsə xidmətlərində tam iştirakına mane olur. O, bu səbəbdən əlil arabasında hərəkət edir.
Azpost.info
