“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvanı ziyarəti adi beynəlxalq səfərdir”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
Borrelin sözlərinə görə, bu səfər hər hansı aqressiv hərbi fəaliyyət üçün bəhanə ola bilməz: “Səfərdən Tayvan boğazında aqressiv hərbi fəaliyyətlər üçün bəhanə kimi istifadə etmək üçün heç bir səbəb yoxdur. Ölkələrimizdən olan qanunvericilərin beynəlxalq səyahətə çıxması normal və adi haldır”.
Azpost.info
