Soçidə Rusiya və Qazaxıstan prezidentləri Putin və Tokayevin görüşü başlanıb.
Azpost.info bildirir ki, danışıqlar Putinin “Boçarov Ruçey” iqamətgahında keçirilir. Dövlət başçıları strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək.
KİV qarşısında çıxışı zamanı Putin deyib ki, KTMT çərçivəsində Rusiya və Qazaxıstanın birgə təlimlərinə hazırlıq gedir. Tokayev isə bildirib ki, Rusiya ilə əməkdaşlıqda pessimist proqnozların heç bir əsası yoxdur.
**
Qazaxıstan prezidenti Kasım-Comart Tokayev Soçiyə səfərə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə TASS Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Prezident Kasım-Comart Tokayev Soçiyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək”, – mətbuat xidməti qeyd edib.
Kremldən bildiriblər ki, prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafını müzakirə etməyi planlaşdırırlar.
Azpost.info
