“Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın birbaşa nəticəsi bu ölkənin NATO-ya qəbul edilməməsidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Hər kəsə aydındır ki, heç bir qonşu onlara heç bir zəmanət verə bilməyəcək. O qonşular Rusiyaya şiddətlə nifrət etsələr belə. NATO-ya isə Ukraynanı indi heç kim qəbul etməyəcək. Alyansda rusofoblar olsa da, intihara meylli deyillər. Bu isə bilavasitə xüsusi hərbi əməliyyatın nəticəsidir”, – Medvedev “Teleqram” kanalında yazıb.
Onun sözlərinə görə, yalnız Rusiya ilə razılaşma Ukraynaya təhlükəsizlik zəmanətini verə bilərdi. Lakin Qərbdən pul və raketlər alan Kiyev bundan imtina etdi: “Kiyev rejimi başa düşür ki, onun heç bir təhlükəsizlik zəmanəti yoxdur və ola da bilməz. Hətta ABŞ da Zelenskiyə parlaq gələcək zəmanəti verməyəcək”.
Azpost.info
