Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib.
Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb.