Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45 (Last updated: 23 Oktyabr 2026 - 19:45)
yanacaqdolruma

Sosial şəbəkələrdə Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb.

Məlumatlarda bildirilir ki, “Azpetrol” istisna olmaqla, Quba, Xaçmaz-Xudat, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.

Yayılan məlumatlara görə, yanacaq verilişi “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmir. Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində hazırda yanacaq ehtiyatı olsa da, bu ehtiyatın təxminən bir gün ərzində tükənə biləcəyi qeyd olunur. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

Bildirilir ki, Xaçmaz Neft Terminalı Bazasının məsul şəxsinin sözlərinə görə, bazada yanacaq ehtiyatı olsa da, Bakıdan yanacağın verilməməsi ilə bağlı tapşırıq daxil olub.

Məsələ ilə bağlı “APA-Economics” “SOCAR Petroleum” QSC-yə sorğu ünvanlayıb. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şimal bölgəsində (Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzən rayonları) fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacağın verilməsinin dayandırılması və “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft bazası sahəsində yanacaq təchizatının məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Bildiririk ki, “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz olaraq həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlər barədə iddialar tamamilə əsassızdır.

Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin davamlı yanacaqla təchizatını tam nəzarətdə saxlayır, tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.
Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmayan məlumatlara etibar etməmələri xahiş olunur”.

AzPost.az

Post navigation

Previous: PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib
Next: Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

Oxşar xəbərlər

gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.