“Rusiya sülhsevər siyasət yürüdür və digər xalqların öz gələcəyini seçmək hüququna hörmət edir. Lakin ABŞ dünya ölkələrinin əksəriyyətinə qarşı neokolonializm siyasəti həyata keçirir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kazanda keçirilən Gənc Diplomatların V Qlobal Forumunda bildirib.
Onun fikrincə, ABŞ başda olmaqla Qərb ölkələri dünya dövlətlərini “müstəsna dövlətlər” və “ digər dövlətlər”ə bölür: “Söhbət Qərbin qoyduğu qaydalar üzərində nizamdan gedir. Bu çərçivədə “müstəsna dövlətlər” bütün fəaliyyətlər üçün imtiyaza sahibdirlər, digər ölkələr isə onları izləməyə borcludurlar. Biz xalqların mədəni və sivilizasiya müxtəlifliyinə hörmətin, onların öz müqəddəratını təyin etmək hüquqlarının tərəfdarıyıq. Rusiya sülhsevər xarici siyasət yeridir, müsbət, birləşdirici, gələcəyə hesablanmış qlobal və regional gündəliyi təbliğ edir”.
Azpost.info
