İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayında nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb.
Bu barədə “Report” “Əl-Cəzirə”yə istinadən xəbər verir.
Qeyd edilib ki, Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Vurğulanıb ki, Bağdadda “yaşıl zona”da Əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək.
****
İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.
İğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.
Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.
Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub(report).