Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlandı –

User 05 Sentyabr 2022 - 13:52 (Last updated: 21 May 2025 - 20:15)
turk telim

Sentyabrın 5-də “TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan-Türkiyə dostuq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından, bu münasibətlərin yüksək nəticələrindən danışıb.
Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: “İlin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır” –

Oxşar xəbərlər

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.