KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.

Bunu KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.

“Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir”, – deyə Sidorov vurğulayıb.

Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir. (APA)

Əvvəlki məqalə

“Şəhidin rüşvətlə “Komando” briqadasına qəbulu ilə bağlı iddia araşdırılır” –

Sonrakı məqalə

Prezident İslam Kərimovun məqbərəsini ziyarət edib –