İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərin ilkin nəticələrinə görə, Giorgia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” Partiyası birinci yerdədir.
ANSA xəbər agentliyi xəbər verir ki, paylaşdığı qeyri-rəsmi nəticələrə görə, “İtaliya Qardaşları” (FdI) 26 faizlə birinci, “Demokratik Partiya” (PD)19,5 faizlə ikinci, üçüncü yerdə isə “5 Ulduz Hərəkatı” (M5S) 15 faiz səslə qərarlaşıb.
Baş nazir postu uğrunda namizədə yaxın olan “İtaliya Qardaşları” partiyasının rəhbəri Giorgia Melon partiyasının seçki mərkəzini qurduğu Romadakı “Parco dei Principi” otelində mətbuat konfransı keçirib.
Nəticələrlə bağlı ilk qiymətləndirməsini edən 45 yaşlı Meloni,
“Seçkilərin nəticələri, italyanların “İtaliya Qardaşlığı” altında sağ mərkəzçi hökumət istədikləri barədə açıq siqnal verdi” açıqlamsını səsləndirib.
