Ermənistanda İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına çağırış edənlərin sayı getdikcə artır.
Azpost.info xəbər verir ki, bu çağırışlar ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri fonunda daha da güclənib.
“İzvestiya” yazır ki, parlamentdənkənar partiyaların nümayəndələri Baş nazir Nikol Paşinyana ən qısa zamanda KTMT-dən çıxmağı təklif ediblər.
İrəvanda keçirilən etiraz aksiyalarının iştirakçıları da Ermənistanı NATO və Avropa İttifaqında görmək istəyirlər. Onların fikrincə, bu halda “itirilmiş torpaqların” geri qaytarılmasına imkan yaranacaq.
İrəvana səfəri zamanı Pelosi açıq şəkildə bildirmişdi ki, Ermənistan KTMT-dən çıxmaq istəsə, Vaşinqton bu qərarı dəstəkləyəcək.
Azpost.info
