“Səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının qəbulu imkanlarını Avropa İttifaqı ölkələri ilə birgə fəal şəkildə müzakirə edirik”.
Azpost.info xəbər verir ki, bunu mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Anita Hipper deyib.
Onun sözlərinə görə, bu gün Aİ işçi qruplarının bu məsələ ilə bağlı iclası keçirilir. İclas sabah da davam etdiriləcək.
Hipper onu da qeyd edib ki, Avropa Komissiyası qaçqınların qəbulunda Avropa ölkələrinə kömək etməyə hazırdır.
Azpost.info
