ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Tayvana səfər edib.
Azpost.info xəbər verir ki, Pompeo Tayvana ötən gecə gəlib. O, bu gün keçiriləcək Qlobal Tayvan Biznes Forumunda iştirak edəcək. Pompeonun tədbirdə çıxış etməsi də gözlənilir.
Keçmiş dövlət katibi sabah Tayvan Ticarət Palatasında da çıxış etmək niyyətindədir.
Azpost.info
