“Rusiyanın nüvə silahına sahib olmağa haqqı yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
“Rusiya MAQATE-nin Zaporojye atom elektrik stansiyasının dərhal işğaldan azad edilməsi ilə bağlı çağırışına məhəl qoymadı. Bu, Rusiyanın qəsdən dünyanı radiasiya fəlakəti astanasında saxladığına dair növbəti sübutdur”, – Zelenski deyib.
Zelenskinin sözlərinə görə, nüvə silahından istifadə ilə bağlı təhdidlər Rusiya rəsmilərinin daimi narrativinə çevrilib: “Bu, Rusiyanın nüvə silahına sahib olmaq haqqına sahib olmadığını sübut edir”.
Azpost.info
