Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sərhəddə tərk edilmiş avtomobillərin Ukraynada keçirilən xüsusi əməliyyat iştirakçılarının ailələrinə təhvil verilməsini təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Volodinin sözlərinə görə, Gürcüstan və Qazaxıstanla sərhəddə dayanan ruslar ev sahibi ölkələrə heç də lazım deyillər:
“Yeri gəlmişkən sərhəddə tərk edilmiş maşınları kimə verməyi də düşünmək lazımdır. Bəlkə döyüşə gedən o oğlanların ailələri? Doğru qərar olar”, – spiker bildirib.
Azpost.info
