“Ukraynada xüsusi hərbi əməliyyat davam edəcək”.
Azpost.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ukrayna hakimiyyəti Rusiya tərəfi ilə hər hansı danışıqlar aparmaq istəmədiyini açıq şəkildə bəyan edib. Belə bir şəraitdə Rusiya xüsusi hərbi əməliyyatın davam etdirilməsinə tərəfdardır”, – Peskov deyib.
Peskov xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməz qaldığını vurğulayıb.
Azpost.info
