Bakı yerli sahibkarları Avropa İttifaqı ilə sazişə qurban vermək istəmir –Danışıqlarda hansı məsələlər açıq qalıb?

“Azərbaycan-Aİ tədəfdaşlıq haqqında yeni sazişin ticarəıt bloku üzrə məsələlərin bir hissəsi açıq qalır”.

Azpost.info bildirir ki,  bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

“Demək olar ki, sazişin əksər hissəsi razılaşdırılıb. Ticarət ilə əlaqədar bəzi açıq məqamlar var”, – Hacıyev RealTV telekanalına müsahibəsində bildirib.

O, Aİ-nin əslində “böyük ticarət bloku olması və ixrac potensialının artımı, yeni bazarlara çıxış, bunun nəticəsində, Avropa İttifaqı məkanında fəaliyyət göstərən şirkətlərin maraqlarının təşviqi Brüsselin qəbul etdiyi siyasət” olması faktının nəzərə alınmasının zəruriliyini qeyd edib.

Hacıyevin sözlərinə görə, Azərbaycan bu məsələdə Aİ-nin tamhühquqlu tərəfdaşı qismində çıxış edir, o cümlədən, öz növbəsində, müəyyən dərəcədə Azərbaycan sahibkarları, həmçinin həmin şirkətlərin əməkdaşları olan Azərbaycan vətəndaşlarının iş yerlərini müdafiə edir və “Avropa bazarına daha səmərəli şərtlərlə çıxışa dair öz fikir və işləmələrə malikdir.

“Biz bunu tamhüquqlu münasibətlər hesab edirik. Tərəflər arasında Aİ ilə konstruktiv şəkildə müzakirə olunan müxtəlif rəylər ola bilər. Müzakirələrimiz davam edəcək”, – Hacıyev vurğulayıb.

O xatırladıb ki, noyabrın 1-dən Aİ-də yeni administrasiya rəhbərliyə gələcək və Bakı yeni rəhbərlik ilə dialoqu davam etdirəcək.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan açıqladı:

Sonrakı məqalə

Azərbaycan türk biznesmenlərinə özəlləşdirmədə iştirak etməyi təkif edib