Azərbaycan türk biznesmenlərinə özəlləşdirmədə iştirak etməyi təkif edib 

“Türkiyəli sahibkarlar Azərbaycanda özəlləşdirmə prosesində iştiraklarını genişləndirməklə bağlı təkliflər alıblar”.

Azpost.info bildirir ki, bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEIK) sədri Nail Olpak deyib.

“İki ölkənin özəl sektorları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Biz qida, texnologiya, sənaye və digər sahələrdə əlaqələrimizi genişləndirməyi planlaşdırırıq. Bundan əlavə, türk iş adamlarına Azərbaycanda özəlləşdirmə prosesində daha fəal iştirak etməyi təklif etmişik“, – deyə o, Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda bildirib.

Öz növbəsində, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev qeyd edib ki, hazırda Azərbaycan öz məhsullarının Türkiyə bazarına çıxışını genişləndirmək istəyir.

“Biz türk iş adamlarını Azərbaycana fəal şəkildə investisiya qoymağa çağırırıq. Bundan əlavə, Türkiyə bazarında Azərbaycan mallarının sayını artırmaq niyyətindəyik və düşünürük ki, onlar Türkiyə əhalisi tərəfindən müsbət qarşılanacaq“, – deyə Y.Abdullayev vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı yerli sahibkarları Avropa İttifaqı ilə sazişə qurban vermək istəmir –

Sonrakı məqalə

Erməni ordusu gecə işğal etdikləri kəndlərdən mövqelərimizi atəşə tutub –