“Kreml Ukraynada mümkün nüvə eskalasiyası mövzusunu inkişaf etdirmək istəmir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, bu məsələ ilə bağlı açıqlamalar verəndə daha məsuliyyətli olmaq lazımdır: “Bu barədə məsuliyyətsiz insanlar danışır. Məsuliyyətli davranmalıyıq. Biz bir daha hamını nüvə doktrinasını oxumağa dəvət edirik. Orada hər şey yazılıb”.
Qeyd edək ki, Rusiyanın nüvə doktrinasına görə, ölkənin ərazi bütövlüyünə təhlükə yaranarsa, belə silahlardan istifadə edilə bilər.
Azpost.info
