“Ukrayna hakimiyyətini atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz Kiyevi atəşi və 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Biz buna hazırıq”, – Putin bildirib.
Onun sözlərinə görə, Donbas, Xerson vilayəti və Zaporojye sakinləri öz seçimini ediblər və Rusiya öz xalqına xəyanət etməyəcək: “Luqansk və Donetsk, Xerson və Zaporojyedə yaşayanlar əbədi olaraq Rusiya vətəndaşı olurlar. Kiyev onların seçiminə hörmətlə yanaşmalıdır. Yalnız bu, sülhə aparan yol ola bilər”.
Putin Ukraynanı yeni Rusiya ərazilərinin taleyini müzakirə etmədən danışıqlar masasına qayıtmağa çağırıb, həmçinin Rusiyanın öz torpaqlarını hər vasitə ilə müdafiə edəcəyini vurğulayıb. “Biz dağılmış bütün şəhərləri və qəsəbələri bərpa edəcəyik. Biz müəssisələri, infrastrukturu, səhiyyə sistemlərini inkişaf etdirəcəyik”.
Azpost.info
