Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Qazaxıstana 200 mindən çox rusiyalı gəlib.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov bildirib. Onun sözlərinə görə, bu müddət ərzində Qazaxıstanı 147 min rus tərk edib.
Axmetjanov əlavə edib ki, qeyd olunan dövrdə Rusiya Federasiyasının 7 vətəndaşı Qazaxıstandan deportasiya edilib. “Sərhədi qanunsuz keçən üç vətəndaş və Uralskda xırda xuliqanlıq edən dörd vətəndaş ölkədən deportasiya edilib”.
Azpost.info
