“Rusiya təmas və ya danışıqlar üçün bircə ciddi təklifdən imtina etməyib və etmir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lakin Lavrovun sözlərinə görə, heç kim ciddi təşəbbüslər irəli sürməyib: “Bütün bunlar – kimin bizimlə görüşmək istədiyi, kimin görüşmək istəmədiyi barədə özləri danışır, özlərini inandırırlar. Biz heç kimdən soruşmuruq, bunu dəfələrlə demişik. Biz təmas qurmaq üçün bir dənə də olsun, ciddi təklifdən imtina etməmişik”.
Azpost.info
