Əməkdar artist, xanəndə “Dədə Süleyman” vəfat edib

Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.

Bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.

Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

Evdə müalicə alan xanəndə son iki gündə xəstəxanaya yerləşdirilmişdi.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.