Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Boradigah sakinləri Masallının yeni icra başçısına müraciət edib –

User 03 Noyabr 2022 - 15:58 (Last updated: 21 May 2025 - 20:15)
masalli

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini rayonun yeni icra başçısı Araz Əhmədova müraciət edib.

Azpost.info-ya daxil olan müraciətdə deyilir ki, sakinlər 2019-cu ildə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova Boradigah-Qumbaşı yolunun təmiri ilə bağlı müraciət ediblər.

“Hörmətli Araz müəllim,

Müraciətimiz aşağıdakı kimi idi:
“Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir.

Amma problem ondadır ki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizi bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova qəti tapşırıq verdiniz. Bu tapşırığınız bizi ruhlandırdı. Sizdən xahiş edirik, bəhs etdiyimiz yolun təmirinə də göstəriş verəsiz.”

Bizim bu müraciətimizə AAYDA-dan mediya vasitəsilə aşağıdakı məzmunda cavab verildi:

“Biz müraciətlə tanışıq. Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur. Buna baxmayaraq, AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb. Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca, həmin layihələr icra olunacaq. Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa, biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik.”

Hörmətli Araz müəllim,

müraciətimizin üstündən 2 il ötməsinə baxmayaraq, bu yol hələ də bərbad vəziyyətdədir. Amma Siz rayona icra hakimi təyin ediləndən sonra bütün sahələrdə, o cümlədən, yolların yenidən qurulması istiqamətində böyük layihələrə başlamısız. Sizdən xahiş edirik, Boradigah-Qumbaşı yolu da başlatdığınız böyük abadlıq işlərindən kənarda qalmasın”.

Post navigation

Previous: Zakir Həsənov cənub sərhədlərində keçirilən hərbi təlimləri izlədi –
Next: Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilir

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.