Fuad Muradov Əlibəy Hüseynzadənin 100 yaşlı qızını ziyarət etdi –“Xalq Cümhuriyyətinin 100 illik medalı"nı  verdi (FOTO)

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanla İstanbuldakı evində görüşüb.

Azpost.info  “Report”a istinadən məlumatına görə, komitə sədri 101 yaşlı Feyzavər Alpsarın səhhəti ilə maraqlanıb, onunla söhbət edib.

F.Muradov Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı Feyzavər Alpsara təqdim edib. Komitə sədri Əlibəy Hüseynzadənin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir