“Tam əminliklə demək olar ki, “uşaq pulu” günümüzün əsas sosial tələb kodlarından birini təşkil edir, hazırda birincidir”.
Azpost.info bildirir ki, bu sözləri sabiq baş nazir Pənah Hüseyn bildirib.
Onun sözlərinə görə, son iki gündə müxtəlif səbəblərlə bağlı 4 rayonda -Şəki,Ağsu, Hacıqabul, Sabirabadda olub: “Xeyli insanla təmasda oldum. İnsanların Qarabağ məsələsindən sonra maraqlandığı əsas mövzu “uşaq pulu” idi. Tam əminliklə demək olar ki, “uşaq pulu” günümüzün əsas sosial tələb kodlarından birini təşkil edir, hazırda birincidir”.
P.Hüseynin sözlərinə görə, gələn ilin dövlət büdcəsi və sosial xərclər bu fakt nəzərə alınmaqla tərtib edilməlidir: “Bu sahədə indiki yaşam səviyyəsində tam proqram ildə iki milyard manat əlavə pul vəsaiti tələb edir. Fövqəladə çətin problemdir. Lakin həll edilə bilər və həll edilməlidir. Çünki uşaq problemi daha ciddidir. Konstitusiyanın müvafiq maddəsinə (17-ci maddə) uşaqların qayğısına qalmaq məsələsində dövlətin vəzifələrini artırılma istiqamətində dəyişikliklər edilməsinə ehtiyac var”.