Sabiq deputat nazir müavinini  “topa tutdu”:“Hanı bu pullar? Məmurlar daşıdılar Türkiyəyə, Avropaya...”

Milli Məclisin sabiq deputatı, sahibkar  Nazim Bəydəmirli İqtisadiyyat nazirin müavini Sahib Məmmədovun açıqlamasını sərt tənqid edib.

Azpost.info bildirir ki, nazir müavini bu gün keçirilən tədbirdə bildirib ki, Azərbaycan iqtisadiyyatına indiyədək 260 mlrd. ABŞ dollarından artıq investisiya qoyulub. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların 50%-i xarici investorların payına düşüb.

N.Bəydəmirli qeyd edib ki, xarici investisiyalar neft-qaz layihələrinə qoyulub və əvəzində 5-6 dəfə artığını ölkədən aparıblar: “Qalır bizim daxili investisiyalar… Əgər bu qədər vəsait qoyulubsa, niyə ƏDV artmayıb, azalıb? Niyə fiziki şəxslərin gəlir vergisindən toplanan vəsaitlər bu illər ərzində sabit qalırdı? Niyə vergilərin büdcə gəlirlərindəki xüsusi çəkisi illər boyu artmırdı? Günahkar təkcə bilinməyən “kölgə iqtisadiyyatı”dırmı? Bunlar hardan “qaynaqlanıb?”-deyə sabiq deputat nazir müavininə suallar ünvanalyıb.

N. Bəydəmirli məsələyə belə aydınlıq gətirib: “Böyük neft pulları gələndən devalvasiyalara qədər olan müddət ərzində orta hesabla birbaşa büdcədən ayrılan dövlət investisiya layihələrinə 6-7 mlrd.manat (o vaxtın kursu ilə 9 mlrd.dollara yaxın), devalvasiyadan sonra isə 4 mlrd.dollara yaxın pul ayrılıb. Ümumilikdə 130 mlrd. dollara yaxın vəsait “həzm edildi”. Sahibkarlığa kömək adı ilə yenə də dövlət büdcəsindən ayırmalar, subsidiyalar…Bunun xeyrini görən ümumilikdə iqtisadiiyat deyil, “məmur sahibkarlığı” oldu. Onlar da pulları daşıdılar Türkiyəyə, Rusiyaya, Gürcüstana, Ukraynaya, Avropa ölkələrinə və daha uzaqlara...”-deyə N. Bəydəmirli vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəfər Behbudovun cənazəsi Bakıya gətiriləcək? –

Sonrakı məqalə

Pənah Hüseyn təəccüblənib: