“Rusiya prezidenti Vladimir Putin yalnız bir manevrlə ölkəsinin qızıl ehtiyatlarını iki dəfə artıra bilər”.
Azpost.info xəbər verir ki, bu barədə “Kitco” xəbər portalı ABŞ Maliyyə Nazirliyinin keçmiş baş məsləhətçisi Zoltan Pozara itinadən yazıb.
Onun sözlərinə görə, Moskva sanksiyalara və neftin “tavan qiyməti”nə görə Qərbdən qisas almaq istəyir: “Pozar müştərilərindən biri üçün hazırladığı qeyddə yazıb ki, Rusiya xam neftin müqabilində qiymətli metalı qəbul etməyə başlasa, qızılın unsiyası 3600 dollara çata bilər”.
Pozar qeyd edib ki, belə bir manevr ABŞ üçün tamamilə sürpriz olacaq: “Rusiya ona qarşı tətbiq etdiyi sanksiyalara görə Qərbdən qisas almaq qərarına gələ və məsələn, iki barel xam nefti bir qram qızıl qiymətinə satmağa başlaya bilər. Belə olan halda isə qızılın qiyməti iki dəfə artacaq”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Aİ və G7-nin Rusiya neftinin qiymətləri ilə bağlı tavanının tətbiqinə cavab hazırlığını bildirib.
G7 ölkələri və Avropa İttifaqı, eləcə də Avstraliya Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddini təsdiqləyib. Qərar 5 dekabr 2022-ci ildə qüvvəyə minib.
Azpost.info
