165 yaşı olan fəhlə şalvarı hərracda 114 min dollara satılıb –FOTO

Şimali Karolina sahillərində 1857-ci ildə batmış paroxoddakı sandıqdan çıxarılmış cins şalvar hərracda 114 min dollar satılıb. Bu barədə “Associated Press” məlumat yayıb.

“Interfax” agentliyinin məlumatına görə, bu yaxınlarda həyata keçirilmiş ekspedisiya nəticəsində gəminin içində cins fəhlə şalvarı da tapılıb. Çox möhkəm parçadan tikilmiş beş düyməli şalvar mədən fəhləsinə məxsus olub.

Cins şalvar Nevada ştatının Rino şəhərində “Qızıl hərisliyi” dövrü əşyalarının hərracında satışa çıxarılıb. Hərracın nümayəndələri onu dünyada məlum olan ən qədim cins şalvar hesab ediblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.