“Ruben Vardanyan Qarabağı tərk etməlidir. Onun qanunsuz şəkildə Xankəndinə gəlməsi və Azərbaycanla bağlı açıqlamaları sülh prosesinə zərər gətirir”.
Azpost.info bildirir ki, bu sözləri politloq Zaur Məmmədov son prosesləri şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, əgər aidiyyatı aktorlar Vardanyanı və hərbi birləşmələri oradan çıxartmasalar yeni hərbi əməliyyatlar labüd olacaq: “Əlbəttə, başa düşürük ki, onu ora gətirməyin əsas məqsədi yerli əhali ilə Bakı arasında danışıqların baş tutmasına mane olmaq idi. Həmin dairələr məqsədlərinə çatdılar. Lakin, bu hal məhz onların ziyanına işləyəcək”.