ABŞ-a güclü qar yağdı –

qar

ABŞ-ın Montana ştatında tüğyan edən güclü qar qasırğası fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa ilə əlaqədar qubernator Stiv Bullok ştatın ərazisində fövqəladə vəziyyət elan edib.

Qubernator bu qərarın sentyabr ayında qəfil yağan güclü qar səbəbindən sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə verildiyini deyib.

Ştatın bəzi rayonlarında yağan qarın hündürlüyünün 100 sm olduğu qeyd edilir. Güclü qar ştatda elektrik təchizatında problemlər yaradıb, yollar bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir