Paltaryuyan maşında bu düymədən istifadə etməyin –Sağlamlığa ziyandır

Alman alimləri bəyan ediblər ki, paltaryuyan maşında “qənaət rejimi”ndə paltyar yumaq sağlamlıq üçün təhlükəlidir.

Azpost.info bildirir ki, alimlərin sözlərinə görə, aşağı tempraturda suda olan təhlükəli bakteriyalar ölmürlər.

Medical Xpress-in yazdığına görə, Bonn şəhər xəstəxanasının rəhbərliyi alimlərdən qəfil başlanmış epidemiyanın səbəbini izah etməyi xahiş edib. Məlum olub ki, xəstələrin paltarları bir maşında “ekonom rejim” də yuyulub.  Yuyucu tozun töküldüyü barabanda mədə pozğunluğu yaradan təhlükəli bakteriyalar tapılıb.

Mütəxxəsislər  xroniki infeksiyası olan xəstələrin paltarlarını qənaət rejimində yumamağa çağırıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp ermənipərəst senatoru vətənə xəyanətdə ittiham etdi  

Sonrakı məqalə

Vətəndaşların korrupsiya ilə bağlı 27 müraciəti üzrə cinayət işi başlanıb –