Alman alimləri bəyan ediblər ki, paltaryuyan maşında “qənaət rejimi”ndə paltyar yumaq sağlamlıq üçün təhlükəlidir.
Azpost.info bildirir ki, alimlərin sözlərinə görə, aşağı tempraturda suda olan təhlükəli bakteriyalar ölmürlər.
Medical Xpress-in yazdığına görə, Bonn şəhər xəstəxanasının rəhbərliyi alimlərdən qəfil başlanmış epidemiyanın səbəbini izah etməyi xahiş edib. Məlum olub ki, xəstələrin paltarları bir maşında “ekonom rejim” də yuyulub. Yuyucu tozun töküldüyü barabanda mədə pozğunluğu yaradan təhlükəli bakteriyalar tapılıb.
Mütəxxəsislər xroniki infeksiyası olan xəstələrin paltarlarını qənaət rejimində yumamağa çağırıblar.