“Macəra axtarmayın, nəticələri Yunanıstan üçün ağır olar!”

2022-06-08T091641Z_1505305167_RC2LNU998KEE_RTRMADP_3_UKRAINE-CRISIS-TURKEY-RUSSIA-pic_32ratio_900x600-900x600-14646

“Ankara Egey dənizində Yunanıstanın ərazi sularının genişləndirilməsinə icazə verməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Yunanıstana xəbərdarlıq edirik – macəra axtarmayın! Nəticələri Yunanıstan tərəfi üçün çox ağır ola bilər”, – nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə həm Egey, həm də Aralıq dənizlərində öz maraqlarını müdafiə etməyə davam edəcək. Yunanıstanın ərazi sularının Afinada elan edilən 12 mil deyil, 1 mil belə, genişlənməsinə icazə verməyəcək.

XİN rəhbəri xatırladıb ki, Türkiyə parlamenti hələ 1995-ci ildə açıq qərar verib və buna uyğun olaraq Ankara Yunanıstanın Egey dənizi hövzəsində sərhədləri genişləndirməsini qəbul etməyəcək.

Azpost.info