“Rusiya Ukraynada İrana məxsus PUA-ları yenidən işə salıb”- Administrasiya rəhbəri

“Rusiya Ukraynada İrana məxsus “Shahed” kamikadze pilotsuz uçan aparatlarını yenidən işə salıb”.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın Nikolaevski Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumata görə, bu gün Rusiya qoşunları Ukraynaya geniş raket hücumu həyata keçirib. Ukrayna ərazisinə 120-yə yaxın raketin buraxıldığı deyilir. Bundan əvvəl isə İran pilotsuz təyyarələrinin gecə hücumu olub.

Kiyev meri Vitali Kliçko bildirib ki, hava hücumundan müdafiə qüvvələri paytaxt üzərində düşmənin 16 raketini məhv edib.

Azpost.info

Əvvəlki məqalə

“Macəra axtarmayın, nəticələri Yunanıstan üçün ağır olar!”

Sonrakı məqalə

Birinci Qarabağ müharibəsinin 17 min əlil veteranına birdəfəlik ödəmə verilib