Florida ştatını təmsil edən konqresmen Mett Gets ABŞ-ın sabiq Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb.
TASS bildirir ki, konqresmen deyib : “Mən Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürürəm”.
Mett Gets Trampın sədrliyi dövründə ABŞ-ın daxili və xarici siyasətində uğurların qazanılacağına əminliyini ifadə edib.