Bakıda gecə saat 4-də ər arvadını bıçaqlayıb öldürdü

Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü İlham Həşimov saxlanılaraq istintaqa təhvil verilib.

Arvadını bıçaqlayaraq öldürən şəxs barəsində cinayət işi açılıb. Bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

“Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Zelenski Putinin atəşkəs təklifini rədd edib

Sonrakı məqalə

Trampın ABŞ Konqresinin spikeri vəzifəsinə namizədliyi irəli sürülüb