Rusiya prezidenti Vladimir Putin hökumətlə iqtisadi məsələlərlə bağlı keçirdiyi iclasda 11 ayda ÜDM-in 2,1 faiz azaldığını bildirib.
Azpost.info xəbər verir ki, Putinin sözlərinə görə, ilin sonuna qədər azalmanın cəmi 2,5 faiz olacağı gözlənilir.
“İlin sonuna qədər ÜDM-də azalma proqnozlaşdırılır. Mən bu barədə artıq açıq şəkildə demişəm – təxminən 2,5 faiz. Düzdür, mən bu yaxınlarda azalma haqqında 2,9 faiz demişdim. Amma son proqnozlar bunun daha da kiçik – 2,5 faiz olacağını göstərir -”, – Putin deyib.
O əlavə edib ki, 2022-ci ildə Rusiyada inflyasiya 11,9 faiz təşkil edib. Bu da hakimiyyətin proqnozlarından azdır.
Putin aqrar-sənaye və hərbi sənaye komplekslərində artım templərini xüsusi qeyd edərək iqtisadiyyatın inkişafındakı müsbət tendensiyanı qorumağa çağırıb.
Azpost.info