“Ginnesin Rekordlar Kitabı”na görə, mart ayında 116 yaşı tamam olacaq ispaniyalı Mariya Bruna Moreyra planetin yaşlı insanıdır.
Azpost.info xəbər verir ki, yanvarın 17-də 118 yaşlı fransız rahibə Lyusil Randonun ölümündən sonra planetin ən yaşlı sakini titulunu Mariya təhvil aldı.
M.Moreyra 1907-ci ilin martında San-Fransiskoda, ABŞ-a mühacirət etmiş ispan ailəsində anadan olub. Mariyanın 8 yaşı olanda – Birinci Dünya müharibəsinin qızğın vaxtında ailə İspaniyaya geri qayıdıb. Atası vərəmə tutularaq bu səfərdən sağ çıxa bilməyib. Qızın özü isə həmin gün bir qulağının eşitmə qabiliyyətini itirib.
İki dünya müharibəsi, İspaniyada vətəndaş müharibəsini görən Mariya son pandemiya zamanı koronavirusa da tutulub. O, 2020-ci ildə keçirdiyi xəstəliyə qalib gəlib. Moreyra bunu şans və yaxşı genetika ilə əlaqələndirib.
Azpost.info