İspaniya polisi Kanar adaları yaxınlığında mal-qara daşıyan gəmidən dəyəri təxminən 105 milyon avro olan 4,5 ton kokain müsadirə edib.
Azpost.info xəbər verir ki, “Reuters” reydin bu həftənin əvvəlində həyata keçirildiyini yazıb.
Kolumbiyadan Toqo bayrağı altında üzən “Orion V” gəmisinin 28 ekipaj üzvü həbs edilib. Onların tutulması əməliyyatı Toqo polisi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qaçaqmalçılar mal-qara daşınan gəmilərdən istifadə etməyə başlayıblar, çünki daşınan yükü izləmək daha çətin olur.
“Latın Amerikasından Avropaya yenidən narkotiklərin daşınmasına başlanılıb. Mal-qaradan istifadə edərək nəzarəti və lokalizasiyanı çətinləşdirirlər”, – İspan polisi bildirib.
Azpost.info
