ABŞ-ın Türkiyədəki səfirliyi amerikalıları Avropada “Quran”ın yandırılması ilə bağlı insidentlər fonunda İstanbulun mərkəzində terror aktları ehtimalı barədə xəbərdar edib.
Azpost.info xəbər verir ki, bu barədə səfrlikdən bildiriblər.
“ABŞ hökuməti öz vətəndaşlarını İstanbulda və ya əcnəbilərin üz tutduqları digər yerlərdə kilsələrə, sinaqoqlara və diplomatik nümayəndəliklərə qarşı ehtimal edilən və gözlənilən terror hücumları barədə xəbərdarlıq edir”, – məlumatda deyilir.
Səfirlikdən qeyd ediblər ki, terror hücumlarının Beyoğlu, Qalata, Taksim və ya İstiqlal prospektində törədilməsi ehtimalı böyükdür.
Azpost.info
