“Növbəti altı ay Ukrayna üçün kritik olacaq”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uliyams Berns Vaşinqtonun Corctaun Universitetində Treynor mükafatının verilməsi mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Putin Qərbin maraqlarının zəifləməsini və “siyasi yorğunluğunu” gözləyir. Rusiya prezidenti hesab edir ki, bu döyüş meydanında ona hərbi uğur qazanmaq üçün yeni şans verəcək.
“Putinə başa salmaq lazımdır ki, o, nəinki Ukraynada irəli gedə bilməyəcək, əksinə hər ay daha çox ərazi itirmək riski ilə üzləşir. Ona görə, hesab edirəm ki, növbəti period tamamilə həlledici olacaq”.
MKİ direktorunun sözlərinə görə, Qərb kəşfiyyatı göstərib ki, “Moskva dinc danışıqlarda maraqlı deyil.
