Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi zəlzələdə dəymiş zərəri qiymətləndirmə işlərinə başlayıb. 6 min personalın iştirakı ilə aparılan qiymətləndirmənin bir sıra nəticələri məlum olub.
Azpost.info bildirir ki, indiyə qədər 10 əyalətdə 171 min 882 bina araşdırılıb.
24 min 921 binada 120 min 940 sayda ayrı-ayrı müstəqil seksiyaların söküldüyü, təcili sökülməsi tələb olunduğu və ya ciddi şəkildə zədələndiyi müəyyən edilib.
10 vilayətdə araşdırılan binalar arasında 122 min 279 binanın yüngül zədələndiyi və zədəsiz olduğu təsbit edilib.
Azpost.info