“Pekin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində Tehranın qanuni hüquq və maraqlarını dəstəkləyir”.
Azpost.info xəbər verir ki, bunu Çin sədri Si Cinpin bildirib.
O, Çinə rəsmi səfərə gələn İran prezidenti İbrahim Rəisi ilə görüşdə Çin tərəfinin sazişin bərpasına dəstəyini davam etdirəcəyini qeyd edib.
“Çin Birgə Hərtərəfli Fəaliyyət Planının yenilənməsi üzrə danışıqlarda konstruktiv iştirak etməyə davam edəcək, İranın qanuni hüquq və maraqlarını dəstəkləyəcək və nüvə probleminin tezliklə həllinə töhfə verəcək”, – Si Cinpin deyib.
Onun sözlərinə görə, Pekin müxtəlif dünya platformaları çərçivəsində də Tehranla əməkdaşlığın inkişafının tərəfdarıdır. Çin lideri bunun BMT və ŞƏT-ə aid olduğunu da vurğulayıb.
Azpost.info
